7 İyul 2022 10:56
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Teleqraf.com-a bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

“Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili tuneli yumaq üçün su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir”, - o qeyd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com