28 Sentyabr 2022 14:38
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub

Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədi daşıyır. Toplantının tarixi hələ ki açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər