17 Oktyabr 2022 17:33
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ermənistana döyüş meydanında cavab verdi".

Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev Gəncəyə raket hücumlarının ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Cavid Musayev vurğulayıb ki, Azərbaycanın mülki əhalisinə qarşı hücumlara, dinc əhalinin ölümünə və yaralanmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür:

"Ermənistan müharibənin ilk günlərindən Azərbaycana qarşı informasiya müstəvisində dezinformasiyalar, “feyk” xəbərlər yaymaqla məşğul olub. Buna görə də Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya məkanında da mübarizə aparmalı oldu. Bunun üçün Azərbaycan öz qapılarını bütün beynəlxalq mətbuat nümayəndələrinin üzünə açıb ki, onlar həqiqəti öyrənə bilsinlər. Müharibə zamanı Azərbaycan Prezidenti beynəlxalq mediaya müsahibələr verir, tviterdə paylaşımlar edirdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər