21 Dekabr 2022 17:55
2 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

“WhatsApp” ilə birlikdə “Facebook”, “Instagram” və “Messenger” sosial media platformalarını özündə birləşdirən “Meta” yeni addım atıb.

Teleqraf.com xəbər verir ki, şirkət “WhatsApp” tətbiqində təsadüfən silinmiş mesajları geri qaytarmağa imkan verən yeni funksiyanı istifadəyə verdiyini açıqlayıb.

Əgər proqramın istifadəçiləri “Məndən sil” funksiyası ilə mesajı təsadüfən siliblərsə, söhbətdəki digər insanlardan mesajı silmək mümkün deyildi. Yeni funksiya ilə “Məndən sil” xüsusiyyəti ilə mesajı sildiyiniz zaman beş saniyə ərzində ekranda “geri al” seçimi görünəcək.

Bu düyməyə basıldıqda, geri qaytarılan mesaj, istəsəniz, daha sonra “hamı üçün” də silinə bilər.

Amma əgər mesaj “hamı üçün sil” funksiyası ilə silinibsə, həmin mesajı bərpa etmək mümkün deyil.


Müəllif: Yeganə Oqtayqızı