Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Ali məktəbdən Teleqraf.com-a bildirilib ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.