Tanınmış jurnalist Elnur Hidayətoğluna yeni vəzifə verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.
Məlumata görə, E. Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, daha əvvəl Kliniki Tibbi Mərkəzdə İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri olub. Bu ayın əvvəlində vəzifəsindən ayrılıb.