Bu gün Təhsil Nazirliyi V "Elektron təhsil" republika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib.
Teleqraf.com xəbər verir ki, tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, müsabiqəyə ümumilikdə 1104 layihə təqdim olunub, müsabiqənin rəsmi internet səhifəsində qeydiyyatdan keçən 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib: "Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini gücləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir".
Xatırladaq ki, müsabiqə 3 istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqlənib.
Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara isə müxtəlif hədiyyələr verilib.
NİGAR