24 Fevral 2023 12:29
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbiristanlıqları bələdiyyələrə verilməsi təmin olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır:

“Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər