Bu gün Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu çatırıb.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor M.Almazov çıxışında bu məktəbin məzunu olduğundan qürur duyduğunu bildirib.
Mərasimdə Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə dair film nümayiş olunub. Sonra məktəbin hərbi xidmətdə fərqlənən hərbi qulluqçularına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Tədbir iştirakçıları adından müdafiə nazirinə müraciət qəbul olunub. İştirakçılar məktəbin tarixini əks etdirən muzeylə tanış olduqdan sonra Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının hazırladığı konsert proqramına baxıblar.
BƏXTİYAR