17 Mart 2023 12:50
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği son 5 ilin ən aşağı göstəricisi olub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

Tahir Mirkişili bildirib ki, ötən il ARDNF-dən büdcəyə transfertin nəzərdə tutulandan 3,6 milyard manat az olması dövlət başçısının Fondun vəsaitlərinə qənaət edilməsi yönündə qoyduğu hədəflərə nail olunmasını göstərir:

"Bu, büdcə gəlirlərinin artması və büdcə qaydasının tətbiqi nəticəsində mümkün olub”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər