17 Mart 2023 15:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı olsa da vətəndaşlar qaz limitini artıq keçiblər.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

“Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı. Bundan başqa, sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemi yoxdur”, - deyə Naqif Həmzəyev bildirib.

Deputat həmçinin sürücülərin sığorta xidmətinə görə məbləği almaqda çətinlik çəkdiklərini söyləyib: “Sağlamlıqla bağlı arayışların ödənişli olması narahatlıq doğurur. Arayışlar hər kəs üçün əlçatan olmaıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər