Ağsu, İsmayıllı və Şamaxıda zəlzələdən zərərçəkənlərin evlərinin bərpası üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, yeni təqdim edilmiş məlumatlar əsasında aidiyyəti dövlət orqanları yoxlamalar həyata keçirəcək və aidiyyəti yardımlar göstəriləcək.