“Meta” şirkəti özəl qurumların iş elanlarından istifadəçiləri hədəf almaq üçün yararlandığı ayrı-seçkilik alqoritmlərində ittiham olunur.
Teleqraf.com xəbər verir ki, iddialar beynəlxalq qeyri-kommersiya təşkilatı “Global Witness”in araşdırmasına əsaslanır.
Araşdırmalara görə, “Facebook”un reklam platforması “gender stereotiplərinə əsaslanan iş elanları” ilə istifadəçiləri hədəf alır.
Təşkilatın “Facebook”un Reklam Meneceri platformasından əldə etdiyi məlumatlara görə, mexaniki vəzifələr üçün iş elanları əksəriyyətlə kişi istifadəçilərə, məktəbəqədər müəllimlər üçün elanlar isə daha çox qadın istifadəçilərə göstərilir.
“Global Witness” insan haqları qrupunun araşdırmaları göstərir ki, bu alqoritmik qərəzin qlobal problemdir. Təşkilat analitiklərinin narahatlığı “Facebook”un cəmiyyətdə ön mühakimələri gücləndirdiyi, iş yerində irəliləyiş və bərabərlik imkanlarına kölgə salmaq yönündədir.
Əgər iddialar təsdiqlənərsə, “Meta” məhsulunda əlavə dəyişikliklər etmək üçün cərimələr, sanksiyalar və ya təzyiqlərlə üzləşə bilər.