23 İyun 2023 10:47
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Qazaxıstan arasında müntəzəm uçuşların aylıq sayı 32-dən 42-yə çatdırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Qazaxıstanın Baş naziri Alixan Smailovun Bakıya səfəri zamanı qurumun Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzaladığı hava əlaqəsi haqqında protokol hesabına olacaq. Belə ki, sənədə əsasən, iki ölkəarasında müntəzəm uçuşların hüquqi bazası genişləndirilib. Bu isə Qazaxıstan və Azərbaycan arasında hava daşımaları bazarında rəqabətin artmasına, həmçinin ölkələr arasında ticarət-iqtisadi, biznes, turizm və mədəni əməkdaşlığın daha da güclənməsinə səbəb olacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər