8 Yanvar 2015 07:31
886
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər xəbərdarlıq edirlər ki, uşaq cizgi filmləri zorakılıq səhnələri ilə doludur.
London Universitetinin alimlərinin apardıqları araşdırma göstərib ki, uşaq cizgi filmləri heç də məsum deyil. Bu cür cizgi filmlərin qəhrəmanları böyüklər üçün nəzərdə tutulan filmlərlə müqayisədə daha çox ölürlər.
Araşdırmaya 1937-ci ildən (Ağca xanım) 2013-cü ilə qədər (Soyuq ürəklər) çəkilən cizgi filmlərini daxil ediblər.
Cizgi filmlərindəki zorakılıq səviyyəsi araşdırılıb. Məlum olub ki, bu filmlərin qəhrəmanları əksər hallarda ölür. Bundan başqa, baş qəhrəmanların valideyinləri də tez-tez ölürlər. Misal üçün, "Nemonun axtarışında" cizgi filminin 4-cü dəqiqəsində yırtıcı balıqlar Nemonun anasını yeyirlər. Tarzan cizgi filminin isə 4-cü dəqiqəsində Tarzanın valideyinləri leopardı öldürürlər.
Alimlər valideyinləri uşaqlar üçün cizgi filmi seçimi edərkən diqqətli olmağa çağırırlar. (milli.az)

Müəllif:

Oxşar xəbərlər