5 Avqust 2023 16:07
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Səbuhi Məmmədlinin vəziyyəti pisləşib.

Teleqraf.com xəbər verir ki, Respublika Mərkəzi xəstəxanasında böyrək və şəkərli diabet problemi ilə bağlı müalicə alan Səbuhi Məmmədli digər ayağının damarlarında yaranmış problemlə bağlı Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Əməliyyatı uğurla başa çatmış jurnalistin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Dərhal reanimasiyaya yerləşdirilən, süni tənəffüs aparatına qoşulan jurnalistin durumu ağır qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər