Quba şəhəri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.
Teleqraf.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bundan başqa, onun sözlərinə görə, nazirlərin növbəti toplantısı gələn il Qazaxıstanda keçiriləcək.