Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" çoxseriyalı bədii filmi gələn il təhvil veriləcək.
Teleqraf.com xəbər verir ki, bu haqda III "Korkut Ata" Film Festivalının zirvə görüşündə Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışı zamanı məlumat verib.
O, qeyd edib ki, filmin 200 çəkiliş gününün artıq 85 günü çəkilib. Film 8 seriyadan ibarət olacaq.
Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir.
Orman Əliyev onu da qeyd edib ki, "Hadrut, sən azadsan" filminin çəkilişləri bitib və gələn ay təqdim olunacaq.