14 Noyabr 2023 17:01
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlillik dərəcələrinin verilməsi ilə bağlı problem hələ də qalıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, müharibə iştirakçılarının sosial ödənişləri ilə bağlı məsələ həll edilmir: "Bununla bağlı konkret addım atılmır. Halbuki bir neçə dövlət qurumunun iştirakı ilə narazı şəxslərin dinlənilməsi lazımdır. Belə görüşlərlə bu məsələyə son qoymaq olar”.

Deputat sosial yardımların verilməsində də problemin olduğunu vurğulayıb: "Kimin adında köhnə bir maşın və yaxud istifadəsiz torpaq varsa ona sosial ödənişin verilməsi mümkün olmur. Eyni zamanda dəfn pulu məsələsinə də baxılmalıdır. Çünki həmin dəfn puluna indi qəbiristanlıqda bir qarış yer almaq olmur".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər