Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinin ikinci oxunuşda müzakirəsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, toplantıda hökumət üzvləri iştirak ediblər.
Deputatlar gələn ilin büdcəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Daha sonra büdcə zərfinə daxil olan qanunlar II oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.
***
Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Müzakirələrə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və hökumət üzvləri də qatılıblar.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.