3 Dekabr 2023 19:33
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci il təvəllüdlü azyaşlı Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

Teleqraf.com-un məlumatına görə, TƏBİB-dən bildirilib ki, azyaşlı 30.11.2023-cü il tarixində saat 21:32 radələrində 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.

Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və 02.12.2023-cü il tarixində saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər