11 Dekabr 2023 13:23
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (4 dekabr - 10 dekabr) məlumatında deyilir.

Məlumata görə, ötən həftə 84 tank əleyhinə mina, 87 piyada əleyhinə mina, 340 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 533 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər