Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-ə qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.
Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Dəyişikliyə əsasən, bəzi tərəvəz bitkilərinin toxumları, maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar daha 3 il gömrük rüsumundan azad edilib.