8 Fevral 10:07
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçkilərini izləyən ASEAN Parlamentlərarası Assambleya nümayəndə heyəti müşahidələrin nəticələrini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, nümayəndə heyətinin rəhbəri Santa Praseut seçki prosesinin şəffaf şəkildə keçirildiyini bildirib.

Onun sözlərinə görə, seçicilərə hansısa müdaxilə və təzyiq olmayıb: "Səsvermə prosesi qanunvericiliyə uyğun aparılıb və texniki cəhətdən yüksək səviyyədə təşkil olunub. Seçkilər şəffaf və ədalətli şəkildə keçirilib. Seçkidə iştirak edən 7 namizədin fəaliyyətinə müdaxilə edilməyib. Səslərin sayılması bütün tərəflərin iştirakı ilə şəffaf şəkildə həyata keçirilib. Bu da bizə onu demeye esas verir ki, seçkilər demokratik prinsiplərə uyğun keçirilib".

Santa Praseut seçkilərin azad və ədalətli şəkildə baş tutması münasibətilə Azərbaycan xalqını təbrik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər