23 Fevral 11:20
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hakimlərin maaşı yüksək olmalıdır. Maddi təminatı yaxşı olmalıdır ki, başqa yola meyil etməsin. Bilirsiniz, hakim elə bir mövqedədir ki, ondan hər gün hər cür xahişlər olur. Maddi təminatı yüksək olsa, bu cür xahişlərin qarşısında da daha dözümlü olar”.

Teleqraf.com xəbər verir ki, bunu e-huquq.az-a müsahibəsində Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev deyib.

Onun sözlərinə görə, cəmiyyətdə elə bir fikir var ki, hakimin hansısa qərarı qəbul etməkdə marağı olur: “Ancaq elə deyil. Bu gün hakimlərimiz çox ədalətli, obyektivdilər. Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür.

Ümimiyyətlə, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanından sonra bu sahədə ardıcıl islahatlar həyata keçirilir. Çox mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. Hakimlərin sayı artırılır. Bu da işlərə daha səmərəli baxılmasına xidmət edir. Çünki iş yükü işlərə kefiyyətli baxılmasına təsir edən amillərdəndir. Hakimliyə qəbul prosesi çox şəffaf qaydada keçirilir. Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşıb. Məhkəmə-Hüquq Şurasına rəhərlik Ali Məhkəmənin sədri tərəfindən həyata keçirilir. Şuranın tərkibi də əsasən hakimlərdən ibarətdir. Bütün bunlar çox mühüm dəyişikliklərdir. İstalahatlar bundan sonra da davam edəcək və biz müsbət nəticələri görəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər