23 Fevral 13:15
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə yeni cərimələr tətbiq ediləcək.

Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı davranış qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər