23 Mart 23:59
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Crocus City Hall" un fədakar mühafizəçilərinə və ətraf təşkilatların əməkdaşlarına, faciə gecəsi orda işləyən, ümumi bəladan kənarda qalmayan və insanlara kömək edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirmək istəyirəm.

Teleqraf.com xəbər verir ki, bunu "Crocus Group"un vitse-prezidenti Emin Ağalarov "Crocus City Hall"da ötən gün baş vermiş terror aktı ilə bağlı instaqram hesabında paylaşımımda bildirib.

Onların arasında direktor Aleksey Vysotski, inzibatçı Sonya Meyer, xüsusi layihələr şöbəsinin rəhbəri Sergey Maksimenkov, qonşu obyektlərin təhlükəsizlik işçiləri Aleksandr Pozdnyakov və Aleksandr Antipov, Crocus City Hall-un mühafizəçisi Aleksey Osanuşkov və başqaları var.

Bu insanların şücaəti əvəzsizdir və heç vaxt unudulmayacaq.

Hamımız üçün dəhşətli faciə yaşandı. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm"


Müəllif: Teleqraf.com