8 Aprel 15:06
3 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Hacı, adətən, deyirlər ki, bayram namazına qədər fitrə çıxarılmalıdır. Fitrənin konkret vaxtı varmı?

- Fitrə Rmazan bayramından bir gün öncə şam namazı vaxtına qədər çıxarılmalıdır. Niyə bayram namazına kimi çıxarmaq məqsədəuyğun hesab olunur? Çünki dinimizin məntqinə görə, yoxsul və ya ehtiyaclı insanlar da bayram süfrəsi açıb, bayramı qeyd edə bilsinlər. Əgər şəxs unudubsa, bilməyib fitrə çıxarmayıbsa, bayram namazından sonra bunu etməlidir. Zəkat çıxartmaq müsəlmanın boynunda haqdır, mütləqdir.

- Son zamanlar fitrəni ehtiyaclı ailələrin və ya xəstə uşaqların bank hesabına göndərilməsi halları da var. Ümumiyyətlə, fitrə vəsaitini kart hesabına köçürmək olarmı?

- Fitrəni bank hesabına göndərməkdə heç bir məhdudiyyət yoxdur. Bəzən yalançılar müəyyən kart hesabları paylaşıb vəziyyətdən sui-istifadə edirlər. Hətta bəzi peşəkar dilənçilər bayram axşamı qapı-qapı gəzib fitrə zəkatı da yığırlar. Onlara aldanıb zəkat vermək olmaz. Tanıdığın, həqiqətən ehtiyaclı, evində xəstəsi olan insanlara yardım etmək lazımdır.

- Fitrənin 10 manat dəyərində olduğu açıqlanıb, bu məbləğ necə hesablanıb?

- Fitrə ən çox istifadə olunan 3 kiloqram ərzaq nəzərdə tutulur. Azərbaycanda ən çox yeyilən və minimum qiyməti olan ərzaq buğda unudur. Lakin biz düyüdən də çox istifadə edirik. Onun kilosu 4-5 manatdır. Biz niyə minimum həddən hesablayırıq? Bəlkə düyüdən, kişmişdən, xurmadan hesablayaq?

Maddi durumu yüksək olan insanlar üçün fitrə bahalı ərzaqlardan hesablansa, daha ədalətli sayılar.

Qafqaz Müsəlmanlar İdarəsi orta məbləği 10 manat müəyyənlləşdirib. Minimum hədd isə 3 manatdır.

Hər kəs ailədə adambaşına 3 manat hesablayıb fitrəsini çıxarmalıdır. Məsələn, mən Hacı Fuad bir müəssisədə işləyirəm, aldığım maaş məni qane edir, mən niyə 3 manatdan fitrə-zəkat verim? Adambaşı 10 manatdan fitrə çıxarıram. İldə bir dəfə çıxarılan bir şeydir, nə qədər yüksək məbləğ ayırsaq, o qədər məqsədəuyğundur.


Müəllif: Aytən Mustafayeva

Oxşar xəbərlər