Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: "Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət belədir. Yaxşı təhsil sistemini pisdən ayıran əsas nüans sondakı reaksiyanın nədən ibarət olmasıdır. Hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Hadisə baş veribsə əsas məsələ nəticədir".
O bildirib ki, uşaq və azyaşlılarla işləyən komissiyaların fəaliyyətinin keyfiyyətini artırmaq lazımdır ki, neqativ hallar olanda adekvat addımlar atılsın: "Bəzən emosional gərginliyin mənfi təsirə məruz qalan şagirdə hansı faydası var məsələsi kənarda qalır. Halbuki nəzərə almaq lazımdır ki, emosiya tez bitir".