16 Oktyabr 20:27
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üzgüçülük yarışına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, yarışda 12 dövlət qurumundan 49 kişi və 15 qadın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıblar. Yarışlar şəxsi, komanda və qarışıq komanda kateqoriyaları üzrə keçirilib.

Yarışda iştirak edən FHN-in üzgüçülük üzrə komandası 13 nəfərdən ibarət olmaqla (9 kişi və 4 qadın) yüksək nəticələr əldə ediblər.

Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva qadınlar arasında 100 metr məsafədə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görrülüb. Bundan əlavə, Leyla Əliyeva 50 metr məsafədə isə yarışın gümüş medalının sahibi olub. Komanda üzrə 4x50 metr məsafə yarışlarında FHN-in qadınlardan ibarət komandası 2-ci, kişilərdən ibarət komandası isə 3-cü yerin sahibi olub. Qarışıq komanda (qadın və kişi) üzrə 4x50 metr məsafədə isə FHN-in komandası yarışda ikinci yerə çıxaraq gümüş medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər