16 Oktyabr 21:17
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu” Partiyası parlament seçkisində qələbə qazanarsa, bundan sonrakı dönəmdə 3+3 platformasında iştiraka maraq göstərəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik Gürcüstanın sözügedən platformanın tədbirlərində iştirakdan yayınmasının səbəblərinə diqqət çəkib:

“Gürcüstan oktyabrın 18-də İstanbulda keçiriləcək 3+3 regional platformasının (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) üçüncü iclasında da iştirak etməyəcək. Bu haqda Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. Gürcüstan Rusiyaya etiraz əlaməti olaraq, bu platformanın iclaslarına iştirak etmir. Məntiqlə doğru qərardır, çünki sənin torpaqlarını işğal edən və diplomatik münasibətlərin olmayan ölkə ilə bir masada necə otura bilərsən? Ancaq başqa məntiq də var.

Gürcü oliqarx Bidzinna İvanişvili və onun nəzarət etdiyi Gürcüstan hökuməti son vaxtlar Rusiya ilə münasibətlərin normallaşması yollarını axtarır, Moskvaya yumşaq mesajlar göndərir. Həmçinin Tiflis ABŞ və Avropa ölkələri ilə münasibətləri pisləşdirib. Belədirsə, İvanişvili məntiqlə İstanbuldakı toplantıya maraq göstərməli idi.

Fikrimcə, İvanişvili Kremllə dialoqa maraq göstərsə də, hələlik bunu aşkar edə bilmir, əks halda, parlament seçkisi öncəsində Gürcüstan cəmiyyətinin dəstəyindən məhrum olar.

İvanişvilinin hakim “Gürcü Arzusu” Partiyası 26 oktyabr parlament seçkisində qələbə qazanarsa, bundan sonrakı dönəmdə 3+3 platformasında iştiraka maraq göstərəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər