16 Oktyabr 19:50
4 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan parlamentinin spikeri bildirib ki, Azərbaycanla aparılan sülh danışıqlarında 16 maddənin hamısı üzrə razılıq əldə edilib. Razılaşmada Bakının əsas tələb kimi irəli sürdüyü şərtlərin də əksini tapdığını söyləmək olarmı?

- Sözsüz ki, sülh danışıqlarında irəli sürülən 16 bəndlik şərtlərdən kənar məsələlər də var. ATƏT-in Minsk Qrupundan imtina və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən məsələlər aradan qaldırılmalıdır.

- İlkin sülh razılaşması üçün əsas meyarlar nədən ibarətdir?

- Ortada olan sülh sənədinin paraflanması, yəni müddəalar üzrə hər iki tərəfin razılığını ifadə edən bir nəticə əldə etmək olar. Azərbaycanın konkret tələbləri var. Bu tələblər icra edilməyincə sənədin hüquqi əsası olmayacaq. Amma taktiki cəhətdən ehtiyac olsa, sənədi paraflamaq mümkündür. Təbii ki, bu etibarlı sülh demək deyil.

- Erməni tərəfini tələsdirən səbəb nədir?

- Natamam sülh sənədinin imzalanması mümkün deyil. Nikol Paşinyana Azərbaycanla görüntü naminə də olsa “mən sülh əldə etdim” kimi bir əsas lazımdır. Türkiyə ilə sərhədləri açmaq, diplomatik münasibətləri qurmaq üçün bu onlara lazımdır. Amma açıq qalan məsələlər həll edilməyincə, real addım atılmayacaq.

- Arxa planda nə kimi gedişlər ola bilər?

- Əgər Azərbaycanla yarı-yarımçıq sülh müqaviləsi imzalasalar, bundan sonra Fransa və ABŞ-ın köməyi ilə Qarabağ erməniləri ilə bağlı əsassız məsələləri gündəmə gətirəcəklər. Məqsədləri bu mərhələdən sonra Azərbaycana beynəlxalq platformalarda mümkün qədər təzyiq etməkdir. Sözsüz ki, Azərbaycan arxa fonda gedən məsələləri dəqiq bilir.

- İndi Ermənistan baş naziri “sülh qovşağı”ndan danışır. Bu nəyə hesablanıb?

- Onların iddia etdikləri “sülh qovşağı” üçün Azərbaycanla bütün yollar açılmalıdır. Bunun üçün konkret qərarlar olmalıdır. Zəngəzur dəhlizi, yəni Meğridən keçən dəmir yolu bərpa edilməlidir. Yaxşı olardı ki, Paşinyan vaxtilə istifadə edilən Goruş-Qarakilsə yolunun bərpası və təhlükəsizliyindən danışsın.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər