16 Oktyabr 21:56
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə monitorinq funksiyasının Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya üçtərəfli format çərçivəsində ən yüksək səviyyədə əldə olunmuş razılaşmalardan çıxış edir.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri adından yaradılan üçtərəfli işçi qrupu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın Sünik vilayətindən keçən tranzit də daxil olmaqla, dəmir yolu əlaqəsinin blokadadan çıxarılmasının əsas parametrlərini razılaşdırıb. Ona görə də biz buna alternativ görmürük və bu istiqamətdə işi davam etdirəcəyik”, - Zaxarova deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər