16 Oktyabr 21:24
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının səhra komandirini öldürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“İsrail ordusunun Şimal Komandanlığının göstərişi ilə İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kana bölgəsində “Hizbullah”ın komandiri olan Cəlal Mustafa Həririni vuraraq məhv edib”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ay İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah”ın raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi, hərəkatın Hava Qüvvələrinin komandiri, “Əbu Saleh” ləqəbi ilə tanınan Məhəmməd Hüseyn Srur həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər