Israilin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib:
"Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".