20 May 2014 12:23
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 22:00-dan etibarən.

Bakının daha bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən, Abdulvahab Salamzadə küçəsində (hər iki yol ötürücüsünün üstü və kənar yollarda) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Məlumata əsasən, ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.

Sürücülərə alternativ olaraq Alı Mustafayev küçəsi - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.


Müəllif: