“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə icmanın rəhbəri Bayram Səfərov və qurumun İdarə Heyətinin üzvləri və arasında görüş keçirilib.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mətbuat xidmətindən verilən məlumata görə, B.Səfərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində Ermənistanın təcavüzkar siyasəti ilə yanaşı, beynəlxalq qurumların ikili standartlar siyasətini davam etdirdiyini deyib: “Münaqişə beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz bu istiqamətdə həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlarda qətiyyətli mövqe gözləyirik”.
İcma sədri görüş zamanı həmçinin qeyd edib ki, ölkə başçısı prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur.
Herbert Salber qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqı üçün çox vacibdir.
Səxavət