10 May 2015 11:09
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan Sumqayıta və əks istiqamətdə 40 dəqiqəyə gediş və gəlişi təmin edəcək baş yollarda əsaslı təmir işləri iyunun 5-də başa çatacaq.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

C. Qurbanov bildirib ki, Sumqayıt və Bakı arasında istifadəyə buraxılacaq qatarlarda yeni vaqonlardan istifadə olunacaq: “Bu vaqonlarda kondisioner, İnternet şəbəkəsi də olacaq. İnsanların rahatlığını nəzərə almağa çalışırıq”.

C.Qurbanov deyib ki, hazırda təmir işləri davam etdirilir: “Sumqayıtdan Bakıya və əks istiqamətdə avtomobil yolundan gün ərzində 110 min avtomobil, təxminən 200 min insan istifadə edir. Sumqayıtdan Bakıya ali məktəblərə çoxlu sayda tələbə gəlir. Eyni zamanda Sumqayıtdakı zavodlarda Bakıdan çoxlu sayda insan çalışır”.


Müəllif:

Oxşar xəbərlər