23 May 2015 16:48
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin sərəncamında nəzərdə tutulan zərərçəkmişlərin kompensasiyasını ev sahibi bizə vermək istəmir. 2 gündür qərargahda sürünürük. Evdə körpə uşağım var, yanğın zamanı stress yaşamışıq, heç təkrar müayinəyə vaxt tapıb gedə bilməmişik”.

Bu sözləri Teleqraf.com-a Binəqədi rayonunda yanan binada zərərçəkən jurnalist Sevinc Fədai deyib.

O, yanğın zamanı zərərçəkmişlərə mənəvi təzminat olaraq verilən kompensasiyanı ev sahibinin mənimsəmək istədiyini söyləyib: “Elə görünür ki, iş çox uzanır, nəticədə haqqımız olan kompensasiyanı ala bilməyəcəyik. Ev sahibi bizi təhdid edir, onun dediyi sözlər bizə ən azı yanğın qədər təsir edir. Bizi fürsətdən istifadə etməkdə suçlayırlar. Halbuki yanğında biz əzab çəkmişik, mücadilə sayəsində həyatda qalmağı bacarmışıq, o, bizdən istifadə edib pul qazanmağa çalışır. Hacıbala müəllim görüşdə bizə dedi ki, sənəd və şahidlərlə kirayə qaldığınızı təsdiqlədiyiniz halda kompensasiya haqqınızdır, tələb edə bilərsiniz. Hazırda qərargahda kirayə qalmış sakinlər toplaşıb öz haqlarını tələb edirlər. Əgər ev sahibi haqqımızı verməzsə, şikayət edəcəyik, bu işin axırınadək gedəcəyik. Mən evdə uşağımı qoyub qərargaha gəlmişəm, bu prosesdən başımız açılmır, heç 40 günlük Ucalı yenidən müayinə apara bilməmişik, temperaturu qalxıb. Biz yalnız haqqımız olanı istəyirik”.


Müəllif:

Oxşar xəbərlər