30 İyul 2015 00:38
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işini panellər formatında davam etdirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, komitə sədrinin birinci müavini Səyyad Salahlının moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən plenar iclasda DQİDK sədrinin müavini Gündüz İsmayılov, komitənin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

G.İsmayılov “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” mövsuzunda çıxış edərək, bu sahədə Azərbaycan hökumətinin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. Sədr müavini bildirib ki, bu sahədə gənclərimizin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Bu vəzifəni uğurla yerinə yetirmələri üçün gənclərimiz dinlər, xüsusilə İslam dini ilə bağlı kifayət qədər məlumatlı olmalıdırlar. G.İsmayılovun fikrincə, gənclər həm zərərli ideoloji cərəyanlardan özlərini qorumalı, həm də onlara qarşı mübarizə aparmalıdırlar.

Daha sonra Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ilə bağlı çıxış edib. Şöbə müdiri gənclər arasında dini maariflənmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq, bu sahədə bölgələrdə dini maarifçilik işlərinin daha da inkişaf etdirildiyini, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görüldüyünü deyib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər