31 Avqust 2015 09:58
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri-hökumət təşkilatları (QHT) ilə biznes strukturlarının sosial fəaliyyət sahəsində işgüzar əməkdaşlığı olaraq, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) “Schneider Elektrik” şirkətinin sifarişi və maliyyə dəstəyi ilə 2015-ci ilin avqust-sentyabr aylarında regionlarda gənclərin maariflənməsi, ilkin peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini özündə əks etdirən təlim kurslarına başlayıb.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, təlim kursları pilot olaraq, Azərbaycanın 3 – Şəmkir, Bərdə və Masallı rayonlarında hər birində 3 gün olmaqla, hər rayonda 2 qrup üzrə, ümumilikdə 150 region gəncinin maariflənməsini, peşə hazırlıqlarına, nəzəri və praktik biliklərə yiyələnməsini nəzərdə tutur. “Elektrik enerjisinin əsaslarına dair” adlı təlim kurslarında region gənclərinə elektrik enerjisi, sistemi, avadanlıqları, onlarla təhlükəsiz, etibarlı, səmərəli davranma, onların işlənmə, texniki xidmət göstərmə qayda və normalarını öyrətmək planlaşdırılır. Bu da öz növbəsində təlim almış gənclərin öz ailəsində, ətrafında və əhatə dairəsində əldə etdiyi bilik və təcrübi bacarıqlarını praktik tətbiq etməsinə imkan yaradacaqdır.

Təlimlər nəticəsində gənclərin ilkin peşə hazırlıqlarına yiyələnməsi, praktik təcrübədən bölgələrdə istifadə etmək imkanları onlara gələcəkdə öz peşəkarlıqlarını artırmağa, mühəndis ixtisasları üzrə yüksək təhsil almalarına, ixtisaslaşmağına böyük maraq və stimul olacaqdır.

Təlim kurslarına “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində rəsmi açılışla Şəmkir rayonunda start verildi. Açılışda “Schneider Elektrik” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müdiri Emrah Tekdemir, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Sona Əliyeva, rayon gənclər və idman idarəsinin rəisi Emin İsmayılov, "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Araz Paşayev və ADTGT sədri Asif Əsgərli iştirak ediblər.

Rəsmi açılışdan sonra təlimçi Z.Həsənov tərəfindən interaktiv metodlarla nəzəri və praktik təlimlərə başlanıyıb.

Təlim kurslarının yekununda iştirakçılara “Scheider Elektrik” Şirkəti tərəfindən sertifikatlar verilib və şirkət hədiyyə olaraq onları çap materialları və texniki vasitələrlə təmin edəcək.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər