1 Sentyabr 2015 16:41
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə magistral qaz kəmərində cari təmir işləri aparılacaq.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, sentyabrın 2-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Türkan-1”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Ağdaş” və ''Ucar'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, ''Quzanlı'' və ''Qaradəmirçi'', Astara magistral qaz kəmərləri sahəsinin “Əngəvul”, ''Yardımlı'' və ''Göytəpə'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda, Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.


Müəllif:

Oxşar xəbərlər