6 Oktyabr 2015 08:16
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin iyun-sentyabr ayları ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar, Ağdam, Qusar, Bərdə, Neftçala, Siyəzən, Samux, Goranboy, Qazatala, Göyçay, Qax, Balakən, Ağdaş və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 4687 nəfər iştirak edib.

Bildirilir ki, tədarük olunan qan və komponenlərindən hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Mətbuat xidmətindən Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsinin davam etdiriləcəyi açıqlanıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər