22 Fevral 2016 12:55
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirib. Birlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq şəhidlərin ruhuna dualar oxunub.

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım aktıdır. Onun sözlərinə görə, 1992-ci ilin 26 fevralında baş verən bu soqyırım zamanı qocalar, qadınlar, uşaqlar düşmən gülləsi ilə şəhid olublar, sağ qalanlarıb bir qismi isə soyuqdan donaraq həyatlarını itiriblər: “Bu hadisə Qarabağ müharibəsi zamanı dövlətimizin, millətimizin qarşılaşdığı ən böyük faciədir. Lakin bu gün elə vətəndaşlarımız var ki, Xocalıya, orada şəhid olanlara laqeyd yanaşır, hətta bu soyıqırımı inkar edir. Belə insanlara dövlətimizin və millətimizin varlığı adına imkan vermənəliyik ki, Azərbaycana qarşı bu cür çirkin niyyətlərini həyata keçirsinlər.

Əminəm ki, Xocalıda, bütövlükdə Qarabağda şəhid olan bacı və qardaşlarımızın narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan sonra sakitlik tapacaq. Bu gün borcumuz isə Qarabağın azadlığı yolunda birgə mübarizə aparmaqdır”.

Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər