12 Mart 2016 14:03
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Adından da göründüyü kimi, “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər onu göstərdi ki, dünya ölkələri terrorizmdən, müharibədən, sosial, iqtisadi bəlalardan qurtulmaq üçün yeni paradiqmalar axtarmaq məcburiyyətində qalıb. Çünki terrorizm, təhlükəli tendesiyalar bütün dövlətlərin qapısını döyməkdədir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Emil Hüseynli deyib.

E.Hüseynli bildirib ki, belə nüfuzlu beynəlxalq forumların Bakıda keçirilməsi artıq paytaxtımızı “beyin mərkəzi”nə çevirib: “Bakı dünyaya siyasi mədəniyyət ixrac edir. Bakı bununla bəyan edir ki, Azərbaycan mental dəyərləri qorumaqla, həm də dünyəvi proseslərdə yaxında iştirak etməkdə maraqlıdır. Bu gün hamı çox aydın şəkildə görür ki, Azərbaycan regionda güç mərkəzinə çevrilib. Fikir verin, Ermənistanda aktivistlər tutulur, Bakıda isə paralel olaraq nüfuzlu tədbir keçirilir. Serj Sarkisyan Kremldən yardımlar almaq üçün Moskvaya gedir. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə dünyaya açıq mesajlar verir”.

QHT rəhbərinin fikrincə, Azərbaycan Prezidenti cənab İlham Əliyev açıq şəkildə dünyaya mesaj verdi ki, BMT Təhlükəsizlik Şurasının iştirakçı ölkələri Şuranın Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası üçün siyasi iradə nümayiş etdirməlidir: “Azərbaycan Prezidenti həm də ölkənin Ali Baş Komandanıdır. Dünya liderləri artıq anlamalıdırlar ki, Ali Baş Komandan antiterror əməliyyatları çərçivəsində ölkənin ərazi bütövlüyünün bərpası üçün hər an göstəriş verə bilər. Ona görə də güc mərkəzləri Dağlıq Qarabağ probleminin həllində siyasi iradə nümayiş etdirməlidirlər”.


Müəllif:

Oxşar xəbərlər