Bu gün Milli Elmlər Akademiyasında “Soyqırıma son” adlı beynəlxalq konfrans işə başlayıb.
Teleqraf.com-un məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, İranın Təbriz, Gürcüstanın Suxumi universitetlərinin, Moldova, Türkiyə, Özbəksitan, İsrailin və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri iştirak edirlər.
Nazir müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün Azərbaycanda və digər müxtəlif ölkələrdə azərbaycanlıların soyqrımı günü qeyd olunur. Onun sözlərinə görə, müxtəlif tədbirlərdə baş vermiş hadisələr yenidən vərəqlənir və müzakirələrə çıxarılır:
"Bu gün bir çox ölkələrdə qeyri-stabil mühit formalaşıb. Qaynar nöqtələrin sayı artmaqdadır. Hansısa qüvvələrin maraqları çərçivəsində aparılan siyasət nəticəsində milli-etnik, irqi təmizləmə və soyqrımlar baş verir. Problemlərlə daha çox gənclər üzləşir. Ona görə soyqrımı məsələsi yalnız tarixçilərə aid deyil. Bu, dövlət qurumlarının, ictimai təşkilatların gündəmində olmalıdır".
Nazir müavini qeyd edib ki, 1918-ci ilin mart ayında ermənilərin quldur dəstələri 10 minlərlə soydaşımızı qətlə yetirib: "Ermənilərin bu siyasəti müasir dövrdə Xocalı soyqırımı hadisəsinə gətirib çıxardı. 1918-ci il mart ayında baş verən soyqrımından sonra uzun zaman Sovetlər İttifaqında yaşamışıq. O zaman bu hadisələr ümumiyyətlə müzakirələrdən çıxarıldı, dərsliklərdə "soyqrımı" sözü digər sözlərlə əvəz olundu.
Müstəqil dövlətimiz qurulandan sonra Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu hadisələr dövlət səviyyəsində tanındı. Bu gün kifayət qədər alimlərimiz, tədqiqatçılarımız bu istiqamətdə iş aparırlar".
PA-nın ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva müxtəlif millətlərə və azərbaycanlılara qarşı törədilən soyqrımıları xatırladıb: "Keçmişi öyrənmədən sağlam gələcək qurmaq mümkün deyil. Keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilirlər.
Bəziləri keçmişə baxmağa cəsarət etmirlər. Belə xalqlar arında erməniləri göstərə bilərik. Onlar ləkəli keçmişləri ilə qarşılaşmaqlarından qorxurlar.
Azərbaycan xalqı isə gələcyinə inam və ümidlə baxdığı kimi, keçmişi də təmiz və fərəhlidir. Xalqımızn tarixində çətin günlər çox olub. Lakin heç zaman ümidisizliyə qapılmamışıq. Tolerant olaraq qalmışıq.
Tarix yaradan və tarix yazan xalqlar var. Azərbyacan xalqı bütün dövrlərdə tarix yaradıb. Amma bu tarixi sənədə köçürməyə diqqət yetirməyib. Başqalarının yazdığı tarix isə ya saxta, ya da təhrifli faktlar olub.
Xalqımız işğallara, soyqrımlara məruz qalıb. Mart soyqımında isə 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bu soyqrımlardan nəticə çıxamalıyıq".
Daha sonra konfransda iki paneldə müzakirələr başlayıb.
Birinci paneldə "Soyqrımıların dünya xalqlarınln tarixində və dünyanın siyadi xəritədində buraxdığı izlə. Tolerantlıq və multikulturslizm soyqrıma əks təsir faktoru kimi", ikinci paneldə isə "Soyqrımların tarixi və soyqrımlara qarşı mübafizənin hüquqi aspektləri. Beynəlxalq cinayət ədalət mühakiməsi və soyqrımı" mövzuları ətrafında dinləmələr və müzakirələr olub.
Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT konvensiyalarını rəhbər tutaraq, gənclər arasında dünyada baş vermiş soyqırımlar haqqında həqiqətlərin daha da geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etmək və bununla da soyqırımlara qarşı təbliğat işlərinin elmi səviyyədə genişləndirilməsinə dəstək verməkdir.
Bununla yanaşı, digər xalqların qarşılaşdıqları qeyri-insani davranışlar və soyqırımlar barədə məlumat toplayaraq, bu sahə üzrə ekspertlər və gənc elmi işçilər arasında yeni əməkdaşlıq mexanizmlərin formalaşmdırılmasını təşviq etmək də əsas məqsədlərdəndir.
Beynəlxalq konfransdan gözlənilən nəticələrə gəldikdə, əsas məqsəd tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, saxta, qondarma uydurmaların ifşa olunması, tarixi ədalətin bərpası üçün gənclər arasında məlumatlandırmanı artırmaqdır.
Azərbaycanı daha yaxından tanımaları məqsədi ilə konfrans iştirakçıları Qız Qalası, Şirvanşahlar Sarayı, Tarix Muzeyi, İçəri şəhər və Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksi ilə tanışlıq imkanı qazanacaqlar.
İlhamə ƏBÜLFƏT