19 aprel səhər saat 10:00-dan etibarən Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.
"Azəravtoyol" ASC-nin məlumatına görə, sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.