20 Aprel 2016 19:39
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlara İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan sabiq millət vəkili, professor İrfan Gündüzü qəbul edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsinin sədri Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduqlarını önə çəkərək iki dövlət arasında müxtəlif sahələrdə, xüsusilə din sahəsində mövcud olan yüksək səviyyəli münasibətlərdən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi ilk səfərini Türkiyəyə etdiyini xatırladan Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyəti barədə qonağa geniş məlumat verib.

Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından və ölkəmizdəki dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edən qonaq bildirib ki, Azərbaycan hər zaman öz tolerantlığı, milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilib. Qonaq səfər çərçivəsində “Multikulturalizm ili” ilə bağlı Bakı və Zaqatalada keçiriləcək konfranslarda iştirak edəcəyini və gənclər üçün mühazirələr oxuyacağını deyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər