Azərbaycan ordusunun əsgəri şəhid olub.
Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!