21 İyun 2016 11:32
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi ilə keçən qapalı prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. İyunun 24-də dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyəcək.

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər